MEŞƏ
SON DƏQİQƏ
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ağacəkmə aksiyaları davam edir - FOTO
15 aprel 2025
13:36
2 384 baxış
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Hesablama Palatasının, Bank Avrasiyanın əməkdaşlarının, Azərbaycan-Fransız Universitetinin və ADA Universitetinin tələbələrinin, şagirdlərin və ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyaları keçirilib.
Ekologiya.az bildirir ki, aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim
şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin artırılması ilə ekoloji tarazlığın qorunmasını təmin etmək, eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.








