• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə tədbiri keçirilib - FOTO

    03

    may

    Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə tədbiri keçirilib - FOTO

    Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Maliyyə Nazirliyinin rəhbərliyinin və kollektivinin iştirakı ilə ağacəkmə tədbiri keçirilib.


    Ekologiya.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, keçirilən tədbir zamanı Xəzər rayonunun Şüvəlan qəsəbəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1500-dən çox ağac əkilib.

    Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.


    Maliyyə Nazirliyinin kollektivi tərəfindən davamlı olaraq keçirilən yaşıllaşdırma tədbirləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq, Ümummilli Liderin təbiətə, ekologiyaya qayğı ənənələrini yaşatmaq məqsədi daşıyır.


    Tarix : 3-05-2025, 21:10 | Oxunub: 1 464