• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN, Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirib

    07

    may

    ETSN, Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirib

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.


    Müşfiqabad qəsəbəsində təşkil olunan  aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələri və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ekologiya.az

    Tarix : 7-05-2025, 16:45 | Oxunub: 1 192