• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Meşə yanğınları səbəbindən 20 mindən çox insan təxliyə edilib

    30

    may

    Meşə yanğınları səbəbindən 20 mindən çox insan təxliyə edilib

    Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərinin 20 mindən çox sakini meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

    “Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

    Məlumata görə, təbii fəlakət ən çox 17 min sakininin məcburi təxliyə göstərişi aldığı Manitobaya təsir edib. Alberta və Saskaçevanda artıq 5 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

    İnsanlar o cümlədən hava yolu ilə Vinnipeq (Manitoba) və Saskatun (Saskaçevan) kimi böyük şəhərlərə təxliyə edilir.

    İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

    Tarix : 30-05-2025, 10:14 | Oxunub: 904