Yanğın nəticəsində məhv olmuş ağacların əvəzinə yeniləri əkiləcək
31 may 2025-ci il tarixində Xətai rayonu Gəncə prospekti 25 ünvanında yaşıllıq sahəsində baş verən yanğın zamanı 28 ağac və kol bitkisi yanaraq məhv olub.
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib ki, araşdırma nəticəsində təbiətə 13 440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.