31 may 2025-ci il tarixində Xətai rayonu Gəncə prospekti 25 ünvanında yaşıllıq sahəsində baş verən yanğın zamanı 28 ağac və kol bitkisi yanaraq məhv olub.
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib ki, araşdırma nəticəsində təbiətə 13 440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Q.Ağayevin sözlərinə görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə yanmış ağacların əvəzinə əkin mövsümündə yeni ağacların əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə və Xətai rayon İcra Hakimiyyətinə müraciət olunub.Ekologiya.az
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]