Tam versiya
Ana səhifə MEŞƏ Bu rayonlar ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkarlanıb
MEŞƏ

Bu rayonlar ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkarlanıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Siyəzən, Qusar, Şabran rayonlarının inzibati ərazisində və İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.


Ekologiya.az bildirir ki, araşdırma zamanı Siyəzən rayonu Yenikənd kəndinin inzibati ərazisində həmin kənd sakini Ruslan Eyvazov tərəfindən 1 ədəd, Qusar rayonu Quxuroba kəndinin inzibati ərazisində həmin kənd sakini Aydın Fərzəliyev tərəfindən 13 ədəd, Qusar rayonu Düztahir kəndinin inzibati ərazisində həmin kənd sakini Arif Atayev tərəfindən 1 ədəd, Şabran rayonu H.Əliyev prospektində Şabran rayonu Sumağava kənd sakini Vasif Orucov tərəfindən 1 ədəd, İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində "Zəfər 2020" MMC tərəfindən 48 ədəd kolun kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı təqsirkarlar barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Paylaş:
Tam mətni oxu →