Bu rayonlar ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Siyəzən, Qusar, Şabran rayonlarının inzibati ərazisində və İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Siyəzən rayonu Yenikənd kəndinin inzibati ərazisində həmin kənd sakini Ruslan Eyvazov tərəfindən 1 ədəd, Qusar rayonu Quxuroba kəndinin inzibati ərazisində həmin kənd sakini Aydın Fərzəliyev tərəfindən 13
ədəd, Qusar rayonu Düztahir kəndinin inzibati ərazisində həmin kənd sakini Arif Atayev tərəfindən 1 ədəd, Şabran rayonu H.Əliyev prospektində Şabran rayonu Sumağava kənd sakini Vasif Orucov tərəfindən 1 ədəd, İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində "Zəfər 2020" MMC tərəfindən 48 ədəd kolun kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı təqsirkarlar barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.