MEŞƏ
Bərdə və Beyləqanda “Yaşıl marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib - FOTO
“Yaşıl marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib.
IDEA İctimai Birliyinin könüllülərinin və ekokönüllülərin iştirakı ilə Bərdə rayonunda 600-dən çox Eldar şamı ağacı əkilib. Həmçinin Beyləqan rayonunda keçirilən aksiya zamanı 2 000-dən çox sərv və şam ağacı əkilib.