• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda ağacları kim kəsib? - Video

    17

    apr

    Bakıda ağacları kim kəsib? - Video

    Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib.

    Ekologiya.az AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

    DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı prosessual araşdırma aparılır.  Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

    Daha ətraflı videomaterialda:

    Tarix : 17-04-2026, 12:00 | Oxunub: 1 984