• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

    13

    may

    Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

    Paytaxtın Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar. Nəticədə iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.


    Xidmət rəsmisi Rəvan Teymurov  bildirib ki, araşdırma zamanı ağacları həmin qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərovun kəsdiyi müəyyənləşdirilib.


    Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Ekologiya.az

     


    Tarix : 13-05-2024, 19:25 | Oxunub: 1 776