• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Meşədə baş verən yanğının qurbanlarının sayı 100-ə çatdı

    05

    fev

    Meşədə baş verən yanğının qurbanlarının sayı 100-ə çatdı

    Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.


    AZƏRTAC xəbər verir ki, bu barədə Çilinin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.


    “Bu günə qədər 99 nəfərin cəsədi qəbul edilib”, - deyə məlumatda bildirilib.


    Bundan əvvəl Çili Prezidenti Qabriel Boriç 64 nəfərin öldüyünü bildirmişdi. O etiraf edib ki, faciə qurbanlarının sayı artacaq. Ölkədə iki günlük matəm elan edilib.


    Fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

    Tarix : 5-02-2024, 13:17 | Oxunub: 2 046