Bu barədə “47 News” portalı İsikava prefekturasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Statistikaya görə, Vacima şəhərində ölənlərin sayı 78 nəfər olub. Yerli hakimiyyət orqanları itkin düşən 50-dən çox şəxsi tapıb xilas etməyə tələsir”, - nəşr yazır.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub. Seysmoloqlar xəbərdarlıq edir ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və 7 baldan yuxarı yeni güclü zəlzələlər riski var.
Zəlzələlər nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onların sayı 82-yə çatıb.
Həlak olanların sayının artacağı istisna edilmir, hazırda dağıntılar altında qalma ehtimalı olanların axtarışları davam edir.
Təbii fəlakətdə 410 nəfərin xəsarət aldığı bildirilib.