• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Neftçi” klubu “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib

    22

    apr

    “Neftçi” klubu “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib

    “Neftçi” futbol klubu 2 aprel – Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar olaraq örnək addım atıb.


    Paytaxt təmsilçisinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, “ağ-qaralar” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idarə olunan “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib.

    Klub, həmçinin hər kəsi təbiəti sevməyə və onu qorumağa səsləyib: “Gəlin yaşıl gələcək naminə təbiətə birlikdə töhfə verək!”

    Tarix : 22-04-2024, 15:09 | Oxunub: 174