Xüsusi mühafizə olunan təbiət ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib
Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Şahdağ Milli Parkının Qəbələ, Oğuz, Quba, Qusar bölməsində, Türyançay Dövlət Təbiət Qoruğunda, Zaqatala Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.