• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xüsusi mühafizə olunan təbiət ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib

    07

    may

    Xüsusi mühafizə olunan təbiət ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib

    Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Şahdağ Milli Parkının Qəbələ, Oğuz, Quba, Qusar bölməsində, Türyançay Dövlət Təbiət Qoruğunda, Zaqatala Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.

    Ekologiya.az bildirir ki, təlimlərdə yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

    Tarix : 7-05-2024, 12:55 | Oxunub: 156