Ümumrespublika təmizlik aksiyaları çərçivəsində Ağcabədi, Lerik, Masallı, Bərdə, Quba, Zaqatala, Göygöl və Tovuz rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 2 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Aksiyaların keçirilməsi təbliğat xarakterlidir, ekoloji şüurun formalaşmasına nail olmaqdır. Eyni zamanda vətəndaşlara bir çağırışdır ki, tullantıları düzgün idarə edək, onlara nəzarət edək, hara gəldi atmayaq, əraziləri tərk edərkən atdığımız tullantıları toplayaq, təbiəti çirkləndirməyək.