• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təmizlik aksiyaları davam edir - FOTO

    14

    iyl

    Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təmizlik aksiyaları davam edir - FOTO

    “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Oğuz, İmişli, İsmayıllı, Masallı, Bərdə, Tovuz, Şirvan, Şəmkir, Göygöl və Qax rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.6 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
    Təmizlik aksiyalarının keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa təşviq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.

    Ekologiya.az

    Tarix : 14-07-2024, 15:12 | Oxunub: 1 592