• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda meşələrdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür

    11

    iyl

    Naxçıvanda meşələrdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür

    Uzunoba Dövlət Meşəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə açıq sahədə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib.


    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirin məqsədi meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində, eləcə də taxıl və əkin-otlaq sahələrində baş verə biləcək yanğınların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi olub.


    Tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


    İştirakçılara tövsiyə xarakterli yaddaş vərəqləri təqdim edilib.Sonra meşəətrafı yolların kənarları quru otlardan və kol-koslardan təmizlənib, minerallaşdırılmış zolaqlar çəkilib, həmçinin iştirakçılara meşələrdə yanğınların söndürülməsi qaydaları üzrə əməli və göstərici məşğələ keçirilib.

    Tarix : 11-07-2024, 19:26 | Oxunub: 2 104