Bu gün Sabirabadda "Dünya azərbaycanlılarının həmrəylik günü" münasibəti ilə 3 saylı RMTM-nin Şirvan meşəbəyliyinin 4 saylı meşə dolayında 1 ha sahədə, Xan çinarı, meliya, eldar şamı, zeytun tingləri əkildi və palıd toxumu səpildi. 

Ekologiya.az bildirir ki, nazir Muxtar Babayev,  MİX-nin rəisi Ramik Əşrəfov, Sabirabad RİH-nin başçısı Siracəddin Cabbarov, rayon prokuroru, polis rəisi, 3 saylı RETSİ-nin rəisi Fərid Piriyev və digər rəhbər şəxslərinin işirakı ilə keçirilən  tədbirdə 80 nəfər iştirak edib.