• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda 1 650 ağac köçürüləcək

    07

    fev

    Bakıda 1 650 ağac köçürüləcək

    Bakıda Akademik Həsən Əliyev küçəsində - Müzəffər Nərimanov küçəsinə qədər olan əraziyə ümumilikdə 1 650 ağacın köçürülməsi nəzərdə tutulur.

    Ekologiya.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmədə deyib.

    M.Qənbərov bildirib ki, həmin ağaclardan 586-sı "Ulduz" metrosundan "Keşlə bazarı"na kimi (2 km) ərazidən köçürüləcək:

    "DTX Akademiyasının ərazisində 74, "Keşlə bazarı"nın qarşısında olan restoranın ərazisində 170, Əliyar Əliyev küçəsindən Akademik Həsən Əliyev küçəsinin başlanğıcına qədər 820 ağac köçürüləcək".

    Tarix : 7-02-2025, 22:23 | Oxunub: 3 336