• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ermənistan öz öhdəliklərinə əməl etmir: Nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidir

    13

    fev

    Ermənistan öz öhdəliklərinə əməl etmir: Nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidir

    Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır.

    Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

    Məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, səfirin açıqlaması reallığı tamamilə əks etdirir.

    O bildirib ki, bəlli olduğu kimi, Ermənistan bununla bağlı noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bəyanatından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində prinsip etibarı ilə heç bir addım atmır.

    "Bütövlükdə sözügedən bəyanatın prinsiplərini yerinə yetirməsi istiqamətində Ermənistanın faktiki olaraq öz öhdəliklərinə əməl etməməsini hər kəs bilir. Öhdəliklərin bir qisminin məhz Azərbaycan tərəfindən icra olunması və həyata keçirilməsi də nəticə etibarı ilə ötən ilin sentyabr ayında özünü qabarıq şəkildə biruzə verdi", - deyə o, vurğulayıb.



    Tarix : 13-02-2024, 12:00 | Oxunub: 39