Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN-dən Biləsuvarda xüsusi ƏMƏLİYYAT: 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlandı - SAXLANILANLAR VAR
XƏBƏRLƏR

DİN-dən Biləsuvarda xüsusi ƏMƏLİYYAT: 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlandı - SAXLANILANLAR VAR


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev və Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.

Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd “AKS-74U” markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
Tam mətni oxu →