• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN-dən Biləsuvarda xüsusi ƏMƏLİYYAT: 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlandı - SAXLANILANLAR VAR

    13

    fev

    DİN-dən Biləsuvarda xüsusi ƏMƏLİYYAT: 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlandı - SAXLANILANLAR VAR

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev və Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.

    Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd “AKS-74U” markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Tarix : 13-02-2025, 16:45 | Oxunub: 968