• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda ƏMƏLİYYAT - Saxlanılanlar var - VİDEO

    14

    fev

    Naxçıvanda ƏMƏLİYYAT - Saxlanılanlar var - VİDEO

    Naxçıvanda polis əməkdaşları tərəfindən növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotikləri qeyri-qanuni yollarla ölkə ərazisinə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Bakupost.az


    Tarix : 14-02-2025, 16:45 | Oxunub: 1 392