• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gün Su çərşənbəsidir

    25

    fev

    Bu gün Su çərşənbəsidir

    Bu gün, fevralın 25-də Azərbaycanda Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsi qeyd olunur.

    Ekologiya.az xəbər verir ki, xalq inanclarına görə, bu çərşənbə suyun təmizləyici və dirildici gücünü simvolizə edir. İnsanlar bu günü su ilə bağlı rituallarla qarşılayır, bulaq və çaylardan su gətirərək evlərini təmizləyir, arzu və dualarla suya niyyət edirlər.

    Su çərşənbəsi ilə birlikdə Novruzun gəlişinə sayılı günlər qalır. Növbəti həftələrdə Od, Yel və Torpaq çərşənbələri qeyd olunacaq, daha sonra isə yazın gəlişini müjdələyən Novruz bayramı gələcək.

    Qeyd edək ki, Novruz bayramı Azərbaycanın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir və hər il böyük coşqu ilə qarşılanır.

    Tarix : 25-02-2025, 08:30 | Oxunub: 904