Çərşənbə axşamı gecə Günəşdə bu ilin ən böyük plazma buludu yayılıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

"Bu gecə Günəşdə ilin ən güclü plazma emissiyası qeydə alınıb", - deyə məlumatda bildirilir.

Alimlərin fikrincə, emissiyanın mənbəyi ilkin olaraq iki gün əvvəl güclü partlayışın baş verdiyi aktiv bölgədir - bu halda partlayışın mənbəyi Günəşin əks tərəfində yerləşir və Yerə təsir edə bilməz.

"Günəşin Yerə baxan tərəfində yerləşən aktiv bölgələr daha 1.5 gün ərzində Yer üçün təhlükə zonasında qalacaq", - laboratoriyadan bildirilib.