• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İRANDA GÜCLÜ ZƏLZƏLƏ OLDU

    03

    mar

    İRANDA GÜCLÜ ZƏLZƏLƏ OLDU

    İranda güclü zəlzələ olub.

    Ekologiya.az “Tasnim News”-a istinadən xəbər verir ki, bu gün Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

    Məlumata görə, yerli vaxtla 09:55 radələrində meydana gələn zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.

    Bildirilib ki, zəlzələnin episentrinə yaxın bölgələrə Qızıl Aypara Cəmiyyətinin qrupu göndərilib. 

    Dağıntılar və insan itkisi ilə bağlı məlumat yoxdur.

    Tarix : 3-03-2025, 11:30 | Oxunub: 192