Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub
XƏBƏRLƏR

Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.


Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxsin Quba rayonu Tülər  kənd sakini Mövsüm Mürsəliyev olduğu müəyyən edilib.
Faktla bağlı adıçəkilən şəxs barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv edilib.
Paylaş:
Tam mətni oxu →