• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar  olunub

    03

    mar

    Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.


    Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxsin Quba rayonu Tülər  kənd sakini Mövsüm Mürsəliyev olduğu müəyyən edilib.
    Faktla bağlı adıçəkilən şəxs barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv edilib.

    Tarix : 3-03-2025, 18:53 | Oxunub: 1 736