• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda azyaşlı binadan yıxıldı

    07

    mar

    Bakıda azyaşlı binadan yıxıldı

    Bakıda azyaşlı binadan yıxılıb.

    Hadisə Köhnə Günəşli qəsəbəsində qeydə alınıb.

    5 yaşlı uşağın anası onu evdə tək qoyaraq mağazaya gedib. Mənzilə qayıdan qadın övladının evdə olmadığını görüb.

    Sonra üçüncü mərtəbədəki mənzilin eyvanından yerə baxan ana övladının yerdə olduğunu görüb. Azyaşlı dərhal paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.

    Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.  (Manset.az)

    Tarix : 7-03-2025, 20:52 | Oxunub: 1 032