• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quba yolunda yolötürücü və kanal üzərində yerləşən körpü ilə bağlı XƏBƏRDARLIQ

    08

    mar

    Quba yolunda yolötürücü və kanal üzərində yerləşən körpü ilə bağlı XƏBƏRDARLIQ

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2025-ci il 8 mart tarixində,

     yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

    Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.

    Tarix : 8-03-2025, 11:40 | Oxunub: 1 656