• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DYP bu yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

    23

    may

    DYP bu yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

    Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb.


    İdarədən Ekologiya.az-a verilən məlumatda deyilir: “DYP Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, yerüstü piyada keçidinin inşası ilə əlaqədar, sabah saat 00:00-dan 07:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci kilometrliyində avtonəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.


    Qeyd olunanları nəzərə alaraq, sürücülərdən yolun həmin hissəsində daha diqqətli olmaları, yol nişanlarının tələblərinə, sürət rejiminə ciddi riayət etmələri, özlərinin, digər hərəkət iştirakçılarının və təmir briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinmələri xahiş olunur”.

    Tarix : 23-05-2024, 09:50 | Oxunub: 2 631