• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 8 mart günü ard - arda iki güçlü zəlzələ baş verdi

    08

    mar

    8 mart günü ard - arda iki güçlü zəlzələ baş verdi

    Martın 8-də Gürcüstanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

    Trend xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar günün ikinci yarısında, paytaxt Tbilisidən 63 kilometr aralıda, şimal-şərqdə yerləşən Tianeti şəhərinin Axadi kəndində qeydə alınıb. Zəlzələnin maqnitudası 4,0 bal təşkil edib.

    Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Ermənistanla sərhədinə yaxın ərazidə, Ermənistan ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.

    Tarix : 8-03-2025, 20:27 | Oxunub: 984