• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda  polis iki nəfəri narkotik vasitə ilə saxladı

    10

    mar

    Sumqayıtda polis iki nəfəri narkotik vasitə ilə saxladı

    Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.

    Ekologiya.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən 28 yaşlı N.Nuriyev və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı R.Kərimov müəyyən edilərək axlanılıblar.

    Onlardan 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

    Tarix : 10-03-2025, 14:46 | Oxunub: 1 928