• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

    11

    mar

    Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

    Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

    Məlumata görə, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

    Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

    Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.//Oxu.az

    Tarix : 11-03-2025, 14:16 | Oxunub: 2 128