• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı: Ermənilər təklifləri qəbul etdi

    13

    mar

    Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı: Ermənilər təklifləri qəbul etdi

    Azərbaycan və Ermənistan sülh sazişinin mətnini tam razılaşdırıb. Ermənistan Azərbaycanın son iki mübahisəli maddə ilə bağlı təkliflərini qəbul edib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

    Nazirin sözlərinə görə, Bakı və İrəvan sülh sazişi üzərində danışıqları başa çatdırıb. İndi növbəti addım Ermənistanın konstitusiyasına dəyişiklik etməsidir.

    Azərbaycan rəsmiləri İrəvandan konstitusiya dəyişiklikləri ilə bağlı konkret addımlar gözlədiklərini bildiriblər. Bu proses regionda uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm mərhələ hesab olunur.Musavat.com

    Tarix : 13-03-2025, 16:50 | Oxunub: 832