Gürcüstanın Xaşuri şəhəri yaxınlığında sərnişin qatarında yanğın baş verib.Musavat.com “SputnikGürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolu məlumat yayıb.Bildirilib ki, qatardan bütün sərnişinlər təxliyə edilib:"Bütün sərnişinlər dərhal təxliyə edilib. Hazırda Gürcüstan Dəmir Yolu sərnişinləri alternativ nəqliyyat vasitələri ilə daşımağa davam edir, eyni zamanda tüstülənmənin səbəbləri araşdırılır. Bütün sərnişinlərin bilet xərcləri tamamilə geri ödəniləcək".