Gürcüstanın Xaşuri şəhəri yaxınlığında sərnişin qatarında yanğın baş verib.

Musavat.comSputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolu məlumat yayıb.

Bildirilib ki, qatardan bütün sərnişinlər təxliyə edilib:

"Bütün sərnişinlər dərhal təxliyə edilib. Hazırda Gürcüstan Dəmir Yolu sərnişinləri alternativ nəqliyyat vasitələri ilə daşımağa davam edir, eyni zamanda tüstülənmənin səbəbləri araşdırılır. Bütün sərnişinlərin bilet xərcləri tamamilə geri ödəniləcək".