• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

    26

    apr

    Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

    Qanunsuz saxlanılan odlu silahların polis əməkdaşları tərəfindən əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində bir tapança və 407 ədəd müxtəlifçaplı patron tapılaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 26-04-2025, 17:35 | Oxunub: 1 432