• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şamaxıda məktəbliləri daşıyan avtobus aşıb - XƏSARƏT ALAN VAR

    26

    apr

    Şamaxıda məktəbliləri daşıyan avtobus aşıb - XƏSARƏT ALAN VAR

    Şamaxıda mikroavtobus qəzaya uğrayıb.

    Ekologiya.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib.

    Belə ki, “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. 

    Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. 

    Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki,  yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

    Tarix : 26-04-2025, 16:46 | Oxunub: 3 056