• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

    28

    apr

    İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

    Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.

    Bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.

    "Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib", - Kurum qeyd edib.

    Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.

    Qeyd edək ki, bundan öncə nazir zəlzələdə 437 binaya zərər dəydiyini açıqlamışdı.**axar.az

    Tarix : 28-04-2025, 08:53 | Oxunub: 1 592