• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Daha bir helikopter qəzası - ÖLƏN və YARALANANLAR VAR

    03

    may

    Daha bir helikopter qəzası - ÖLƏN və YARALANANLAR VAR

    Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

    Bu barədə yerli iqtidar orqanları məlumat yayıb.

    Məlumata görə, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.

    Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

    Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır./Report

    Tarix : 3-05-2025, 12:04 | Oxunub: 1 400