• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvandakı fermerlərə dəymiş ziyanı Aqrar Sığorta Fondu ödəyəcək

    08

    may

    Naxçıvandakı fermerlərə dəymiş ziyanı Aqrar Sığorta Fondu ödəyəcək

    Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyanı Aqrar Sığorta Fondu 7 iş günü müddətində ödəyəcək.

    Bunu "Report"un yerli bürosuna açıqlamasında Fondun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bildirib.

    O qeyd edib ki, dolu nəticəsində zərərçəkmiş sığortalı fermerlərə dəymiş ziyan gözləmə müddətində bitdikdən, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert tərəfindən sahələrə baxış keçirilərək dəyən ziyanın məbləği dəqiqləşdiriləcək.

    Filial rəhbəri onu da bildirib ki, proses başa çatdıqdan sonra öz təsərrüfatını sığortalayan fermerlərə dəymiş ziyan ödəniləcək.

    Muxtar respublikanın əsasən Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri dolu nəticəsində daha çox ziyan görüb. 

    Tarix : 8-05-2025, 10:04 | Oxunub: 1 368