• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kürün səviyyəsi qalxdı - Bəzi əraziləri su basdı

    10

    may

    Kürün səviyyəsi qalxdı - Bəzi əraziləri su basdı

    Sabirabadda Kürün səviyyəsinin qalxması nəticəsində yulğunluq əraziləri su basıb.

    Ajans.az xəbər verir ki, yağan leysan yağışları nəticəsində Kür çayının Sabirabad royununun kürətrafı Həşimxanlı və Ətcələr kəndlərində yulğunluq əraziləri su basıb.

    Bəzi yerlərdə salınan yaşıllıqlar da subasmaya məruz qalıb. Hələlik fərdi yaşayış evlərinin subasma təhlükəsi yoxdur.

    Vəziyyət bundan sonra yağan yağışlardan asılı olaraq dəyişə bilər.

    Tarix : 10-05-2025, 01:28 | Oxunub: 1 784