Tam versiya
Ana səhifə XƏBƏRLƏR Kürün səviyyəsi qalxdı - Bəzi əraziləri su basdı
XƏBƏRLƏR

Kürün səviyyəsi qalxdı - Bəzi əraziləri su basdı


Sabirabadda Kürün səviyyəsinin qalxması nəticəsində yulğunluq əraziləri su basıb.

Ajans.az xəbər verir ki, yağan leysan yağışları nəticəsində Kür çayının Sabirabad royununun kürətrafı Həşimxanlı və Ətcələr kəndlərində yulğunluq əraziləri su basıb.

Bəzi yerlərdə salınan yaşıllıqlar da subasmaya məruz qalıb. Hələlik fərdi yaşayış evlərinin subasma təhlükəsi yoxdur.

Vəziyyət bundan sonra yağan yağışlardan asılı olaraq dəyişə bilər.

Paylaş:
Tam mətni oxu →