Ana səhifə›
XƏBƏRLƏR
›
İstanbulda zəlzələ baş verib
XƏBƏRLƏR
İstanbulda zəlzələ baş verib
Ekologiya
AMP
Gecə saatlarında İstanbulda rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.Bu barədə Kandilli Rəsədxanası məlumat verib. Məlumata görə, zəlzələnin episentri Silivri sahillərində yerin 4,4 kilometr dərinliyində yerləşib. Mərmərə dənizinin Silivri sahillərində baş verən zəlzələnin İstanbul və ətraf rayonlarda hiss olunduğu bildirilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.Zəlzələ xüsusilə İstanbulun Avropa tərəfində hiss olunub, bəzi sosial media istifadəçiləri yeraltı təkanları hiss etdiklərini yazıblar.