• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstanbulda zəlzələ baş verib

    14

    may

    İstanbulda zəlzələ baş verib

    Gecə saatlarında İstanbulda rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Kandilli Rəsədxanası məlumat verib. Məlumata görə, zəlzələnin episentri Silivri sahillərində yerin 4,4 kilometr dərinliyində yerləşib. Mərmərə dənizinin Silivri sahillərində baş verən zəlzələnin İstanbul və ətraf rayonlarda hiss olunduğu bildirilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

    Zəlzələ xüsusilə İstanbulun Avropa tərəfində hiss olunub, bəzi sosial media istifadəçiləri yeraltı təkanları hiss etdiklərini yazıblar.

    Tarix : 14-05-2025, 08:10 | Oxunub: 2 120