• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Fəvvarələr Meydanına gecə saatlarında nəqliyyatın buraxılmasının səbəbi AÇIQLANIB

    17

    may

    Fəvvarələr Meydanına gecə saatlarında nəqliyyatın buraxılmasının səbəbi AÇIQLANIB

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən bildirilib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 may 2025-ci il tarixində Fəvvarələr meydanında keçiriləcək “V Autizm Festivalı” ilə bağlı əraziyə gecə saatlarında mülki nəqliyyat vasitələrinin girişinə icazə verilib.

    Qurumun Ekologiya.az-a verdiyi məlumata əsasən, festivalın təşkili üçün tələb olunan texniki avadanlıqların əraziyə çatdırılması məqsədilə nəqliyyat vasitələri “Bakı Abadlıq Xidməti” MMC-nin rəsmi icazəsi ilə sözügedən əraziyə buraxılıb.

    Qeyd edək ki, “V Autizm Festivalı” ölkədə autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların bacarıqlarının nümayişi və sosial dəstəyin artırılması məqsədi daşıyır.

    Tarix : 17-05-2025, 10:35 | Oxunub: 2 144