Qəbələdə qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.
Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Qəbələ rayonu Nic qəsəbə sakinləri Ruslan Gözəlov, Məhəmməd Alcanov, Artyom Tamrazov, Rudolf Avetisov, Yengicə kənd sakinləri Etibar Səmədov, Zahid Cavadov və Ruslan Gülməmmədov
olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.Ekologiya.az